viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: YOL POLİSİ İLƏ MÜBAHİSƏ ELƏDİ, AVTOMOBİLİ ÜÇ DƏFƏ MÜAYİNƏDƏN KEÇİRDİLƏR Adalet.az | Faiq QİSMƏTOĞLU: YOL POLİSİ İLƏ MÜBAHİSƏ ELƏDİ, AVTOMOBİLİ ÜÇ DƏFƏ MÜAYİNƏDƏN KEÇİRDİLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ İLƏ MÜBAHİSƏ ELƏDİ, AVTOMOBİLİ ÜÇ DƏFƏ MÜAYİNƏDƏN KEÇİRDİLƏR

“Təmiz hava” aylığı davam eləyir

2990    |   2019-08-14 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq 15 gündür ki, respublikamızın ərazisində "Təmiz hava” aylığına start verilib. Avqustun 1-dən 31-nə qədər davam edəcək bu tədbirdə bir qayda olaraq ekologiyanı korlayan, atmosferə normadan artıq zərərli qazlar atan nəqliyyat vasitələrinin sahibləri, eləcə də istehsalat sahələri, müəssisələr, şadlıq sarayları məsuliyyətə cəlb edilirlər. Yəni birmənalı olaraq respublikamızda atmosferi qorumaq üçün bütün zəruri addımlar atılır.

Belə tədbirlər Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Bölüyündə də hər gün gerçəkləşdirilir. Demək olar ki, "Təmiz hava” aylığı başladığı ilk gündən Ekoloji Bölüyün əməkdaşları atmosferi çirkləndirən sürücülərə qarşı ciddi mübarizə aparır. Başqa sözlə demiş olsaq, hər gün burda havaya normadan artıq dəm qazı atan sürücülərin avtomobilləri saxlanılır, müayinə edilir və qanunu pozan şəxslər barəsində inzibati protokol tərtib edilir.

"VAZ-2107” 14 BD 274 nömrəli avtomobili yol polisi əməkdaşı, polis baş serjantı Taleh Camalov stasionar postda saxlatdırır. Sürücü onun "Saxla!” işarəsinə əməl edərərk avtomobili kənara çəkir və sükan arxasından yerə düşür. Polis baş serjantı Taleh Camalov "Təmiz hava” aylığı ilə bağlı avtomobilin müayinədən keçiriləcəyini bildirir. Sürücü isə bu məsələyə bir o qədər də məsuliyyətlə yanaşmır. Avtomobil ilkin müayinədən keçirilir, məlum olur ki, bu nəqliyyat vasitəsindən atmosferə normadan artıq zərərli qaz atılır. Belə ki, normaya uyğun olaraq bu avtomobidən atmosferə 2,5, uzaqbaşı 3 faizə qədər dəm qazı atılmalıdı. Amma fakt göstərir ki, bu avtomobildən atmosferə 6,31 faiz dəm qazı atılır. Sürücü yol polisi əməkdaşı Taleh Camalovla mübahisə eləyir. Deyir ki, sizin cihazınız düzgün işləmir. Təkrarən həmin maşın müayinədən keçirilir. Bu dəfə də göstərici 6,52 faizə çatır. Sürücü yenə mübahisə edir, inadından dönmür. Bildirir ki, "vobşe” sizin aparatdan mənim xoşum gəlmir, yenə müayinəd keçirin. Avtomobil 3-cü dəfə sürücünün yol polisi ilə mübahisəsindən sonra müayinədən keçirilir. Bu dəfə də atmosferə atılan zərərli qaz 6,68 faiz olur. 3 nəticədən sonra sürücü pis vəziyyətə düşür və haqlı olmadığını görür. Yol polisi əməkdaşı atmosferə normadan artıq avtomobildən zərərli qaz atdığına görə sürücüyə İnzibati Xətalar Məcəlləsinin 342.5. maddəsilə 50 manat məbləğində cərimə protokolu tərtib edir. Və onu da tövsiyə edir ki, avtomobilin mühərrik sistemində yaranmış texniki nasazlığı sürücü aradan qaldırsın. Əks təqdirdə, 2-ci dəfə də maşın saxlanıla bilər və inzibati protokol tərtib olunar.

Həmin gün Ekoloji Bölüyün əməkdaşı, polis baş serjantı Ülvi Hüseynov da bir neçə nəqliyyat vasitəsini saxlatdırdı. "VAZ-21074” 27 BT 364 nömrəli maşın müayinə olunarkən həmin nəqliyyat vasitəsindən atmosferə 5,37 faiz dəm qazı atıldığı aşkar edildi. Nəqliyyat vasitəsinin sahibi barəsində inzibati protokol tərtib edildi. Polis baş serjantı Ülvi Hüseynov digər bir avtomobili "VAZ-21099” 90 EM 853 nömrəli maşını da texniki müayinədən keçirdi. Bu maşından da atmosferə 6,72 faiz dəm qazı atılırdı. Həmin nəqliyyat vasitəsi barəsində də inzibati protokol tərtib olundu və sürücü 50 manat civarında cərimə edildi.


Düzdür, atmosferə normadan artıq zərərli qaz atan sürücülər az deyildi. Amma elə nəqliyyat vasitələrinin sahibləri də vardı ki, avtomobilləri idarə olunarkən atmosferə dəm qazının atılması normaya uyğun idi. Məsələn, Ülvi Hüseynov "VAZ-21074” 90 XB 837 nömrəli maşını saxlayarkən avtomobil texniki baxışdan keçirildi. Məlum oldu ki, həmin nəqliyyat vasitəsindən atmosferə atılan zərərli qaz normaya uyğundur. Eyni zamanda polis baş serjantı Ülvi Hüseynov "VAZ-21011” 15 BF 336 nömrəli maşını da müayinədən keçirdi. Həmin avtomobildən də atmosferə normadan artıq zərərlı qaz atılmırdı. Polis baş serjantı nəqliyyat vasitəsini saz saxladığına görə sürücüyə öz təşəkkürünü bildirdi və "yaxşı yol!” dedi.

Polis baş serjantı Rəcəb Əhmədov da ekoloji postda "QAZ-31” markalı 90 TE 341 nömrəli maşına "saxla!” işarəsi verdi. Müayinə zamanı həmin avtomobildən də atmosferə 6,88 faiz dəm qazı atıldığı aşkarlandı. Bu nəqliyyat vasitəsinin sahibi barəsində də inzibati protokol tərtib edildi.


"POJERO” markalı 50 CS 955 nömrəli avtomobili isə polis baş leytenantı Rüstəm İsmayılov saxlatdırdı. Sürücü ilə səmimi söhbət elədi. Sonra avtomobil texniki baxışdan keçirildi. Yoxlama zamanı məlum oldu ki, bu avtomobildən də atmosferə normaya uyğun zərərli qaz atılıb. Rüstəm İsmayılov "POJERO” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini texniki cəhətlərə uyğun saxladığına görə, minnətdarlıq elədi və dedi ki, bax. həmişə maşını və sükanı belə saz saxla!


"Təmiz hava” aylığının 15 günlük yekunları ilə bağlı Ekoloji Bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov bildirir ki, bu müddətdə Ekoloji Bölüyün əməkdaşları 600 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib ediblər. Və onların hər biri 50 manat məbləğində cərimə olunub. Hansı ki, biz "Təmiz hava” aylığı başlamamışdan öncə və başlayan günlərdə yüzlərlə sürücü arasında maarifləndirmə işləri aparmışıq ki, nəqliyyat vasitələrindəki texniki qüsurları aradan qaldırsınlar ki, cərimə olunmasınlar. Bizim maarifləndirici söhbətlərimizdən nəticə çıxaranlar da olub, çıxarmayanlar da. Elə bu günün özündə də əməkdaşlarımız çalışırlar ki, sürücülərə inzibati protokol tərtib etməsinlər, izahat işləri ilə mövcud problemi aradan qaldırsınlar. Belə səmimi söhbətlər sürücülər arasında da hörmətlə qarşılanır və çox sürücü bu cür sivil ünsiyyətə görə, yol polisinə sevgiylə yanaşır.

Bölük komandiri bir daha bizimlə söhbətində sürücülərin nəzərinə çatdırdı ki, avtomobillərindəki mövcud texniki qüsurları bu gün də aradan qaldırsalar gec deyil. Çünki hər bir nöqsan öz həllini tapanda problemlər də yaranmır, texniki cəhətdən saz maşınla sürücülər və sərnişinlər mənzilbaşına daha təhlükəsiz çatırlar. Ona görə də idarə etdiyiniz avtomobilləri texniki cəhətdən saz saxlayın ki, sonradan problemlər yaşamayasınız!




İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK