adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Avqust 2019 12:02
9396
GÜNDƏM
A- A+

Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub

Bakıda Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı təşkil olunan hərbi sərgidə Azərbaycan istehsalı olan "Tufan"gəmisi nümayiş olunub.

 "Tufan" gözətçi gəmisi 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin silahlanmasına verilib.

Gəmi bütün müasir avadanlıqlarla təchiz olunub. Qaçaqmalçılıqla mübarizə və dövlət sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulub. Gəmi sualtı, suüstü və hava hədəfləri ilə mübarizədə istifadə olunur. Gəmidə artilleriya və raket qurğuları, sürətli hərəkəti təmin etmək üçün katerlər var. Həmçinin, gəmidə helikopterin enişi və yüklərin boşaldılması mümkündür. Gəminin sürəti saatda 3 dyümdür. Gəmi 7 baladək dalğada üzmə qabiliyyətinə malikdir.