adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Avqust 2019 10:56
29707
DÜNYA
A- A+

İstanbulda hotel yanır - Turistlər xəsarət alıb

İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.