Bakıda keçirilən oyunda Ermənistan bayrağı dalğalandırılmayıb - RƏSMİ
Sosial şəbəkələrdə və bəzi idman saytlarında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə ötən gün Bakıda keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücüm çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib:
"Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna "transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır. Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla bağlı hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyyə edirik. Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur.
Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan əsassız yazılıb, iddialar dezinformasiyadır. Mətbuat nümayəndələrinə tövsiyyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ” klubu Bakıda APOEL-i qəbul edib. Görüş Kipr təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Digər Xəbərlər
25 Aprel 2024 17:14
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 16:43Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
25 Aprel 2024 16:35İlham Əliyev və Sadır Japarov birgə nahar ediblər
25 Aprel 2024 15:27Dünənki "ağlaşma " farslarla fransızlar qalib olub: Saxtakarların göz yaşları
25 Aprel 2024 15:06