adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Avqust 2019 09:12
8330
HADİSƏ
A- A+

Mikrorayonda bədbəxt hadisə: iki yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

Nəsimi rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

Hadisə 4-cü mikrorayon ərazisində, Mircəlal küçəsi 4 ünvanında baş verib.

2017-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)