adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Avqust 2019 08:53
28799
DÜNYA
A- A+

Türkiyə HHQ İraqın şimalında 2 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, zərbələr nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.