adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Avqust 2019 12:22
9581
GÜNDƏM
A- A+

Bu dövlət qurumlarında çalışan işçilərin maaşları artırıldı

Azərbaycanın Baş naziri Novruz Məmmədov "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.

Adalet.az-ın məlumatına görə, dəyişiklik "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırılıb.