hacklink Adalet.az | DİN: Ötən gün yol qəzalarında 7 nəfər ölüb Adalet.az | DİN: Ötən gün yol qəzalarında 7 nəfər ölüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

DİN: Ötən gün yol qəzalarında 7 nəfər ölüb

2141    |   2019-08-12 15:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO