adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Avqust 2019 10:29
17134
KRİMİNAL
A- A+

Sabunçuda ər hamilə arvadına 19 bıçaq vurdu

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakiniMəmmədova Günayailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Onların 4 övladı var.

"Report"