adalet.az header logo
  • Bakı 12°C
12 Avqust 2019 08:00
28556
DÜNYA
A- A+

Ruhani: Yaxın Şərqdə gərginliyin azalması hamının xeyrinə olacaq

Yaxın Şərqdə gərginliyin azalması hamının xeyrinə olacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İranın prezidenti Həsən Ruhani Qətərin şeyxi Tamim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı deyib.

H.Ruhani bildirib: "Təhran əmindir ki, regionda gərginliyin azalması hamının xeyrinə olacaq. Ümid edirik ki, amerikalılar anlayacaq ki, onların seçdiyi yol səhvdir və bu yolda qalib gələn tərəf olmayacaq. Onlar öz davranışlarını dəyişməlidirlər".

İran prezidenti qeyd edib ki, bəzi ölkələr Fars körfəzində həyata keçirdikləri fəaliyyətləri ilə bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar.

H.Ruhani əlavə edib ki, İran dost ölkələrlə regional təhlükəsizlik üzrə danışıqları davam etdirmək niyyətindədir.