hacklink Adalet.az | Azərbaycan məscidlərində bayram namazı qılınıb Adalet.az | Azərbaycan məscidlərində bayram namazı qılınıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan məscidlərində bayram namazı qılınıb

4925    |   2019-08-12 09:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının "Təzəpir” məscidində bayram namazı qılınıb.

"Təzəpir” məscidində bayram namazı məscidin imamı Mircəfər Əyyubovun pişnamazlığı ilə qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

FOTO: Zaur Mustafayev




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO