hacklink Adalet.az | Deputat: Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet itsiqamətlərdən biridir Adalet.az | Deputat: Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet itsiqamətlərdən biridir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Deputat: Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet itsiqamətlərdən biridir

6455    |   2019-08-10 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, əhalinin rifahı, həyat səviyyəsi davamlı olaraq yaxşılaşır.

Deputat vurğulayıb ki, cari ilin altı ayında sosial məsələlərin həlli xüsusi diqqət mərkəzində olub, atılan addımlar, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyib:

"Sosial sahə daim Azərbaycan dövlətinin siyasətində prioritet itsiqamətlərdən biri olub. Bu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən çox böyük sosial paketlər təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox vətəndaşımızı əhatə edir. Ümumilikdə bu il Prezident İlham Əliyev tərəfindən təsdiqlənən iki sosial paketin ümumi dəyəri cari il üçün 2,3 milyard, növbəti il üçün 3 milyard manatdır.

Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin isə 50 faiz qaldırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min yeni iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir.

Əlbəttə ki, bu addımlar çox əhəmiyyətlidir və buna böyük maliyyə vəsaiti lazımdır. Azərbaycanın iqtisadi inkişafı bu tədbirlərin lazımi qaydada həyata keçirilməsinə imkan verir. Hər bir Azərbaycan vətəndaşı iqtisadi inkişafın müsbət təsirlərini öz həyatında hiss edir.

Azərbaycanın iqtisadi gücü sosial sahəyə bilavasitə təsir edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək”.



İmza:

Aqil ABBAS: «AĞAC ƏKMƏDƏ SABİRABAD NÜMUNƏSİ»

ETİBAR ƏLİYEV, BİZDƏ NEÇƏ NÖV PENDİR VAR?

ÖMRÜNÜZDƏ BİR AĞAC ƏKMİSİNİZMİ?

BALAM, BU MİLYARDERLƏR NİYƏ GÖRÜNMÜRLƏR?

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

Sahib MƏMMƏDOV: Kirayə mənzillər necə verilir?

Bizə yazırlar

Birinci özünə qarşı dürüst ol! - Qızıl dərililərin 20 "Şərəf Qanunu"

"Eurohome”da baş vermiş yanğın zamanı vətəndaşların təhlükəsizliyi təmin edilib (FOTO)

Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək (FOTO)

Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib

SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK