adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Avqust 2019 14:30
9599
HADİSƏ
A- A+

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib.

O bildirib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq.

H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub:

"Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”.