adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Avqust 2019 13:00
24329
İDMAN
A- A+

“Qarabağ”ın hədəfi: 3 yeni oyunçu

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ” heyətinə yeni futbolçlar cəlb etmək üçün fəal çalışmaları davam etdirir.

Adalet.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu ən azı iki əcnəbi oyunçu – qapıçı və mərkəz yarımmüdafiəçisi almaq istəyir. Bundan başqa, bir mərkəz müdafiəçisinin transfer ediləcəyi də gündəmdədir.

Xatırladaq ki, bu yay "Qarabağ” Xayme Romero ("Kordoba", İspaniya), Ailton Silva ("Ştutqart", Almaniya: icarəyə), Rerrars Faysal ("Bezye", Fransa) və Maqaye Qeyeni ("Osmanlıspor", Türkiyə) heyətinə cəlb edib.

Hazırda Qurban Qurbanovun komandası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində yarışır.