adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Avqust 2019 12:33
29882
DÜNYA
A- A+

Qırğızıstan məhkəməsi Atambayevin əmlakına həbs qoydu

Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin əmlakına həbs qoyub.

Adalet.az-ın məlumatına görə, həbs qoyulan A.Atambayevin nəzarətində olan "Aprel" telekanalıdır. Bu barədə xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.