viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Allahşükür Paşazadə Qurban bayramı münasibətilə xalqı təbrik edib Adalet.az | Allahşükür Paşazadə Qurban bayramı münasibətilə xalqı təbrik edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Allahşükür Paşazadə Qurban bayramı münasibətilə xalqı təbrik edib

3702    |   2019-08-10 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir: "Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim! Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.

İslami dəyərlərə sahib duran, diqqətini əsirgəməyən dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı layiqli şəkildə bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə dualar edən Azərbaycan müsəlmanları Ulu Öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə, dövlətimizin beynəlxalq müstəvidə uğurlarının artması, rifahımızın daha da yüksəldilməsi istiqamətində islahatlarına rəvac verməsini Uca Allahdan arzulayırlar.

Valideynlər, doğmalarla yanaşı kimsəziz və maddi-mənəvi ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz, mübarək günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət və dualarımızı qəbul etsin! Amin!

Vəs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!".



İmza:

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Bu ilin 7 ayı ərzində Azərbaycana 1.7 milyondan çox turist gəlib

Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi

Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb

Pilotun nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb - RƏSMİ

Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir

BQXK Azərbaycana keçən erməni hərbçiyə baş çəkib

Təmas xəttində növbəti monitorinq keçiriləcək

Vilayət Eyvazov əsgərlərlə nahar edib

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK