adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Avqust 2019 12:21
8049
GÜNDƏM
A- A+

Komissiya sədri Zaqataladakı zəlzələ ilə bağlı: Tələfat və dağıntı baş verməyib

Zaqatalada baş verən zəlzələ rayonun bütün kəndlərində hiss edilib.

Bunu Adalet.az-a Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tofiq Əhmədov deyib.

Onun sözlərinə görə, zəlzələ Zaqatala şəhərində baş verib, dərinliyi 2 km olub və ətraf ərazilərdə 5 bal gücündə hiss edilib.

T.Əhmədov qeyd edib ki, indiyədək olan məlumatlara əsasən, tələfat və dağıntı baş verməyib: "Amma hazırda dəqiqləşdirmələr aparılır. Komissiyalar yerlərdə işləyir".

Qeyd edək ki, bu gün saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,9, dərinliyi 2 km olub.