adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Avqust 2019 16:09
20915
ƏDƏBİYYAT
A- A+

VƏTƏNDAŞ İŞİ

..Deyirlər bir dəfə qədim Yunan filosofu Diogeni günün günorta çağı əlində fanar nəsə axtardığını görənlərin təəccüblə:”Bu nədir?..”sualına filosof belə cavab verir:

-Adam axtarıram....

Elə zəmanəmizin əsas problemi də həmin o "adam” deyilmi?..İnsana xoşbəxt hiss yaşadan nəsnələrdən biri də getdiyi yerdə,görüşdüyü və ya rastlaşdığı adamların simasından yayılan adi bir təbəssüm işığı,ətrafına yansıtdığı qayğı,diqqətdir.Deyirlər hər kəsin çölü güzgü kimi içini əks edir .İndi hazırki yaşadığımız zamanda insanlar nədənsə bəzən ətrafına daha çox aqressiya,laqeydlik,etinasızlıq saçır.İddialar,təkəbbürlər səmimiyyətin yerini asanlıqla tutur...Yüksək hesab etdiyimiz bir çox keyfiyyətlər az qala elə yaddaşlarda yaşayır,xatirələrə çevrilir..İnsan olaraq bir-birimizdən umacağımız da çox vaxt bircə təbəssüm,vaxtında deyilmiş şirin söz,mümkün qayğıdan ibarət olur.Bu sizcə çətindirmi?..Əlbəttə yox.O ki,ola getdiyimiz idarə və təşkilatlarda,hər hansı məsələ üçün döydüyümüz qapılarda qarşılaşdığımız insnanlar...Bu həm də vəzifə məsələsinə,məsuliyyətinə çevrilir bu zaman...

Sənədlərimi bir yerə toplayıb mənə nişan verilən dövlət idarəsinə çatdırmaq üçün evdən çıxdım.Ünvanı da dəqiq bildirməmişdilər,axtarıb tapmalı idim.Eləcə filankəsin heykəli olan tərəfdədi demişdilər...Bir "taksi”yə əyləşib idarənin adını verdim,üstəlik təxmin edilən yeri də əlavə etdim ..Axır ki,gətirib ünvana çatdırdı məni,gediş haqqını ödəyib elə be.-on addımlıqda olan idarənin qapısına yaxınlaşdım,həm çöldə ,həm də içəridə xeyli gözləyənlər vardı..Bunlar qeydiyyatdan keçib növbədə olanlar idi.İçəridə yeddi-səkkiz masa qoyulmuş,arxasında gənc oğlan və qızlar əyləşib və hər kəs işinin başında!..Elə birinci masanın arxasında gördüyüm gəncə yaxınlaşdım,vətəndaşa nəsə izah edir deyə bir qədər gözləyib sonra gəlişimin məqsədini açıqladım.İnsafən mədəni qarşıladı,dinlədi və sonra kampyüterdən "dörd barmaq”boyda bir kağız çıxarıb mənə uzatdı və :

-Manitoru izləyin,sıra nömrəniz çıxanda keçərsiz,-dedi.

Kağıza baxdım,63-cü idim,manitor isə hələ onluğa qədərki sıranı göstərirdi...Ətrafda olan insanları da müşahidəm mənim işimin bunlardan fərqli olduğunu anlatdı deyə bir az da gözləyib təzədən masaya yaxınlaşdım və hansı məqsədlə gəldiyimi, bu vaxtacan harda işlədiyimi deyəndə o ,tez ikinci bir kağız çıxarıb verdi ki,burda artıq 8-ci idim...Altı nömrəli vətəndaş dəvət ediləndə bir xanım keçib masanın o üzündəki xanımla qarşı qarşıya əyləşdi... Bir az keçmiş manitorda 9 rəqəmi görəndə nəsə anlaşılmazlıq olduğunu düşünüb bir də həmin gəncə müraciət elədim və artıq bu dəfə oğlan "hövsələ gətirmədi”,üzümə istehza ilə baxaraq:

-Xanım,sizcə altı çoxdur ya səkkiz,bax bu xanım altıncıdır,sonra yeddi,sonra isə səkkiz gələcək!”deyəndə isə artıq həddini aşdığını görüb ona dövlət qulluğunda iş başında olduğunu,vəzifəsindən irəli gələn etik davranış qaydaları və bunun həm də mötəbər "Dövlət Qulluqçularının Etik Davranış Qaydaları haqqında”bir qanunla təsbit olunduğunu xatırlatmalı oldum!..Və vətəndaşlarla işin məsuluyyətini,maxsimum səbirli və mədəniyyətli olmalı olduğu ilə yanaşı,özümlə bağlı da kiçik arayış verməyə məcbur qaldım...Əlbəttə,gənc artıq düz davranmadığını anlamağa məcbur idi,amma yanında əyləşən xanım yaranan gərginliyi görüb işə qarışmasaydı yəqin ki,müdiriyyət izləmə kameraları vasitəsilə məsələdən hali olacaqdı!Bu da gəncin xeyrinə olmazdı ..Xanım yerində olan adam idi və ortada yaranan gərgin vəziyyəti görübs gənci tez uzaqlaşdırdı və onun yerinə dönə-dönə üzr istəyərək əlavə sorğumu da cavablandırdı...

..Müraciət etdiyi məsələnin müsbət və mənfi həll olunmasından asılı olmayaraq vətəndaş üz tutduğu qurumdan müsbət fikirlə ayrılmalıdır...Bu özümün uzun iş təcrubəmdən gəıdiyim qəti rəyimdir!Bəzən insan ora son ümid yeri kimi yaxınlaşır,işçiləri də öz doğması,yaxını kimi təsəvvür edir.Ona görə bəlkə heç kimə heç vaxt açmadığı sirrini belə etibar edə bilər !..Aldığı cavabın təsir qüvvəsi onu verən şəxsin yaratdığı mühitdən çox asılı olur...Anam deyərdi ki,dərdi olmayan insan yoxdu!..Amma tutduğumuz vəzifə bizdən başqalarının qayğısına qalmağı,onların həllinə yardımçı olmağı,bunu edə bilməyəndə isə ən azı mehribanlıq və qayğıkeşlik göstərməyi tələb edir...Bu baxımdan teatr səhnəsinə yüksək hərarətlə çıxan,evdə xəstə əzizini qoyaraq tamaşada öz obrazını sevərək yüksək sənətkarlıqla ifa edən aktyorlarımıza min dəfə əhsən!..

...Cəmi qırx dəqiqəyədək vaxtımı alan bu təşkilatdan iki qəhrəman obraziyla geri dönürəm,biri müsbət,digəri mənfi...düşünürəm,gənc oğlan həyatın arındırıcı dərslərindən nə vaxtsa üzüağ çıxmağı bacaracaq,əlbəttə əgər düşdüyü qazanda bişsə!...

Yenə də vaxta uduzur,

Çəkdiyim ahlar.

Başımı qarışdırır

Soyuq sabahlar.

Geri əliboş dönür

Gedən qonaqlar.

Alma verib aldadır

Bizi nağıllar.

Soyuq silah kimidi

Ay da bu gecə.

Təpilir qulağıma

Acı qəh-qəhə..

Yenə də ağrı çəkir

Dodaq qədəhə.

Gözlərim göz yaşımı

Süzür şərəfə.

Qırmızı yalan düşür

Cüt şəklimizə.

Gedək nağıl danışaq

Ümidimizə...