adalet.az header logo
  • Bakı 20°C
09 Avqust 2019 14:38
10355
MƏMLƏKƏT
A- A+

Metronun bu stansiyaları ətrafında nəqliyyat axınına nəzarət gücləndirilib

Yağışlı hava şəraitində yollarda hərəkətin təşkili, sıxlıq və tıxaca səbəb olan süni amillərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Agentlikdən verilən məlumata görə, səhər pik saatlarında metronun "Gənclik”, "20 Yanvar” və "Neftçilər” stansiyalarının ətrafı kimi vacib nəqliyyat axınının çox olduğu küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa vaxtda avtobus dayanacaq məntəqələrinin ərazisi taksi minik avtomobillərindən təmizlənib, sərnişinlərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.