adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Avqust 2019 14:00
16345
ELM VƏ TƏHSİL
A- A+

Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı

Təhsil eksperti Kamran Əsədov ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayını açıqlayıb.

Ekspert bildirib ki, bu il ümumilikdə 47847 plan yeri ayrılmışdı. Nəticədə 42062 abituriyent ali məktəbə qəbul olunub, 5785 plan yeri isə boş qalıb.

I qrup: 2459 yer

II qrup: 2542 yer

III qrup: 142 yer

IV qrup: 354 yer

V qrup: 288 yer

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Ali məktəblərə qəbul ola bilməyənlər üçün boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust tarixində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində həyata keçiriləcək.(azvision.az)