adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Avqust 2019 13:51
9973
GÜNDƏM
A- A+

Nazir müavini obyektlərin cərimələnməsinin əsas məqsədini açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədi obyektləri cərimələmək deyil, Xəzər dənizinin çirkləndirilməməsinə nail olmaqdır.

Bunu mətbuata açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, Xəzər dənizini çirkləndirənlərə müəyyən vaxt verilir:

"Həmin müddət ərzində obyekt sahibləri bu nöqsanı aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdır. Xəbərdarlığımıza məhəl qoymayan obyektlər isə tərəfimizdən cəzalandırılır.

Obyekt sahibləri bilməlidir ki, tullantı suları təmizləyici qurğudan keçirildikdən sonra texniki su kimi istifadə edilə bilər”.

F.Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə, hər kəsdə çimərlik mədəniyyəti formalaşmalıdır.(oxu.az)