hacklink Adalet.az | Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələrinə infotur olub Adalet.az | Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələrinə infotur olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələrinə infotur olub

4595    |   2019-08-09 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil edib.

Trend-in məlumatıma görə, infotur çərçivəsində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayon ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə bildirib ki, Qurban bayramı günlərində heyvan kəsiminin qida təhlükəsizliyinin tələblərinə uyğun formada həyata keçirilməsi üçün çox ciddi hazırlıqlar gedir: "Biz daimi fəaliyyət göstərən kəsim müəssisəsinə və müvəqqəti olaraq hazırlanmış çadırtipli ət kəsimi məntəqələrinə baxış keçirdik. Qurban bayramı günlərində kəsilən heyvan ətlərində qida təhlükəsizliyinin tələblərinin qorunmasını təmin etmək üçün respublikada 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlarla təmin edilərək vətəndaşların ixtiyarına verilib.

Bura gətirilən heyvanlar həkim müayinəsindən keçir və baytarlıq şəhadətnamələri ilə təmin olunur. Heyvan sağlamlığı tam sübuta yetirildikdən sonra onun kəsiminə icazə verilir. Daha sonra kəsilmiş ət də baytar-sanitar ekspertizasından keçirilir. Yekunda isə ət müştərilərin istifadəsinə verilir".

30 saylı Qida Təhlükəsizliyinə Nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayev bildirib ki, kəsimdən əvvəl yoxlanılan heyvanda kəsimdən sonra xəstəlik aşkarlanarsa, həmin ət utilizasiya edilir:

"Kəsim prosesindən əvvəl bütün heyvanlara kliniki baxış keçirilir. Baş nahiyyəsindən tutmuş, daxili orqanlara qədər bütün yoxlanışlar aparılır. Əgər xəstəliklə bağlı heyvanlarda hər hansı şübhəli məqam aşkarlanarsa, onu laboratoriya şəraitində yoxlanışa cəlb edirik. Daxili orqanlardan, xüsusilə ağciyər, qaraciyərdən, ətin özündən nümunələr götürülüb yoxlandıqdan sonra ətin yararlı olub-olmadığı haqqında yekun qərar verilir. Bu günə qədər xəstə heyvan olmayıb. Ümumiyyətlə, xəstə heyvanın kəsiminə icazə verilmir. Ət kəsimindən sonra daxili orqanlarda xəstəlik aşkarlanarsa, o ətlər dərhal utilizasiya edilir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin




İmza:

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK