adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Avqust 2019 11:18
23684
İDMAN
A- A+

UEFA-dan "Dinamo"ya cəza - "Qəbələ" ilə oyundakı irqçiliyə görə

UEFA Gürcüstanın "Dinamo” klubunu cəzalandırıb.

Adalet.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb Tbilisi klubunun azarkeşlərinin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qəbələ” ilə cavab oyunu zamanı irqçi davranışları olub. "Dinamo" Hollandiya "Feyenoord"u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşünü azarkeşsiz keçirəcək. Klub eyni zamanda 50 min avro cərimə olunub.

Bundan başqa, "Feyenoord”la cavab oyununda Boris Payçadze adına "Dinamo” stadionunda "EqualGame" banneri asılmalıdır.

Xatırladaq ki, "Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində hər iki oyunda "Dinamo”ya məğlub olaraq (ilk oyun 0:2, cavab oyunu 0:3), mübarizəni dayandırıb.(qol.az)