adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Avqust 2019 10:43
14726
MƏMLƏKƏT
A- A+

Bakıda tarix təkrarlanır: 10 və altı il əvvəl məhz bu gün güclü yağış yağmışdı

2009 və 2013-cü illərdə məhz avqustun 9-da Bakıda bu cür intensiv yağışlar müşahidə olunub.

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, günün ikinci yarısında yağışın kəsilməsi proqnazlaşıdırılır, artıq axşama doğru yağış olmayacaq:

"Ümumiyyətlə, ayrı-ayrı illərdə belə intensiv yağışlar qeydə alınıb. Məsələn, 2009-cu il avqustun 9-da yağıntının miqdarı 6 millimetr olub. Bu da aylıq normanın 98 faizini təşkil edib.

2013-cü ildə isə yenə avqustun 9-da 7 millimetr miqdarında yağış qeydə alınmışdı. Bu da ay ərzində düşməli olan normadanbir qədər çoxdur,yəni aylıq normanın 115 faizi. Göründüyü kimi, bəzi illərdə belə anomal proseslər müşahidə olunub”.

U.Tağıyeva qeyd edib ki, bu gününbirinci yarısındayağış yağacağıproqnozlaşdırılmışdı:

"Bu proqnoz özünü doğrultdu. Hazırda yağıntı hələ də müşahidə olunur. Miqdarını günün sonunda açıqlaya bilərik”.