adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Avqust 2019 10:04
18710
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: YAĞIŞLI SƏHƏRİN ŞEİRİ






















Bu bulud nə yaman hikkələnibdi
Canının suyunu sıxır aşağı?!
Elə bil göy üzü silkələnibdi -
Artıq saydığını, yığır aşağı...

Dumanı zər "tutub" , çisgini cərgə
Xamlayıb , kimsəni götürmür tərkə...
Mən heyran qalmışam seldəki ərkə -
Qopub gör haradan, axır aşağı?!

Üzümü , gözümü yalayır yağış
Məni göy üzünə calayır yağış...
Bəlkə də halıma ağlayır, yağış -
Allahım gözü nəm , baxır aşağı...

Nə qədər düşünüb , çabalasam mən
Gəlmir istəyimlə , vallah gücüm tən!
Bu anın içində havalansam mən -
Qoyma göydə qalım, çağır aşağı!..