hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAĞIŞLI SƏHƏRİN ŞEİRİ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAĞIŞLI SƏHƏRİN ŞEİRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: YAĞIŞLI SƏHƏRİN ŞEİRİ

8761    |   2019-08-09 10:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






















Bu bulud nə yaman hikkələnibdi
Canının suyunu sıxır aşağı?!
Elə bil göy üzü silkələnibdi -
Artıq saydığını, yığır aşağı...

Dumanı zər "tutub" , çisgini cərgə
Xamlayıb , kimsəni götürmür tərkə...
Mən heyran qalmışam seldəki ərkə -
Qopub gör haradan, axır aşağı?!

Üzümü , gözümü yalayır yağış
Məni göy üzünə calayır yağış...
Bəlkə də halıma ağlayır, yağış -
Allahım gözü nəm , baxır aşağı...

Nə qədər düşünüb , çabalasam mən
Gəlmir istəyimlə , vallah gücüm tən!
Bu anın içində havalansam mən -
Qoyma göydə qalım, çağır aşağı!..



İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK