adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Avqust 2019 16:50
13939
MƏMLƏKƏT
A- A+

DİQQƏT! Paytaxtın bu yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərinin Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Adalet.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.