adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Avqust 2019 16:02
23458
DÜNYA
A- A+

Rusiyada hərbi hissədə partlayış: ölənlər var

Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissədə partlayışbaş verib.

İlkin məlumata görə, partlayış nəticəsində ikinəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Məlumatına əsasən, fövqəladə vəziyyət Severodvinsk şəhərindən 30 kilometr aralıda qeydə alınıb, araşdırılmalar aparılır.

Bölgə qubernatoru İqor Orlovun mətbuat xidmətindən bildirilib ki, sanitar aviasiyanın hazırlanması barədə göstəriş verilib:

"Arxangelsk vilayətinin xəstəxanaları hadisə zamanı xəsarət alanlarıqəbul etməyə hazırdır”.

Hadisənin səbəbi hələ dəqiqləşdirilməyib.