adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Avqust 2019 15:28
13517
GÜNDƏM
A- A+

Əlindəki zibili heç nə olmamış kimi ora atıb getdi

Nəşriyyatın binasından üzü yola baxıram. Yağış təzəcə kəsib. Yollar qurumuş dodaq kimi çat-çatdı. Mən asfaltına halına yanarkən qəfil fikrimi şütüyən maşınlar dağıdır. Yolun o üzündə binalar, altı isə sıra-sıra düzülmüş ağaclardır. Ağacların birinin altında bir topa zibillik var. Elə dilimin altında o zibili ora atanı söyəcəkdim ki, səbəbkarlardan biri də əlindəki zibili heç nə olmamış kimi ora atıb getdi.

Hər nə qədər adicə söyüd olsa da və yolun qırağında dursa da, qəfil Nazim Hikmətin bu şeiri yadıma düşür:

Ben bir ceviz ağacıyım gülhane parkında

Ne sen bunun farkındasın, ne de polis farkında.