Faiq QİSMƏTOĞLU: ON BEŞ DƏQİQƏ...

FAİQ QİSMƏTOĞLU
40004 | 2019-08-09 10:02

...Dünyada hər cür adam var: eləsi var yeyib-içəndi, kefi ala buluddan nəm çəkir,eləsi də var ömrü boyu nə araq içir, nə də siqaret çəkir. Daha doğrusu, buadamlar yeyib-içməklə yanaşı, həyat tərzinə də fikir verir; yağlı yemir, duzluyemir, qızarmlş yeməklərə yaxın durmur, mürəbbəyə, şirniyyata, şokolada meyl eləmir.Yəni hərənin öz dünyası var və hərə də öz dünyasının rəngində özünü daha rahat,daha sakit və daha xoşbəxt hiss eləyir.

Heç kimiyıxıb yerə zorla boğazına araq tökmürlər... heç kimi məcbur eləmirlər ki, səhəringözü açılanda ayağa qalxıb xaşla araq içsin... keç kimə güc göstərmirlər ki, sənmütləq xəngəl yeməlisən, tut arağı içməlisən...

... Birgün üç-dörd dost möhkəm yeyib-içirmiş. Elə onların günü-güzəranı yeyib içməkləkeçirmiş. Səhər-səhər xaşla araq vururmuşlar, günorta kababla çaxır içirmişlər,axşamlar da şampanla nəyisə qatıb içirmişlər. Bir sözlə, elə bir günləriolmazmış ki, yeyib-içmək süfrəsi arxasında əyləşib kef eləməsinlər. Bir dəfəyeyib içəndə eşidirlər ki, qonşularında yaşayan, canını qorumayan, necə gəldiyeyib-içən bir adam rəhmətə gedib. Dostlar bərk dilxor olurlar. Deyirlər ki, sənöl, biz də lap ağ eləmişik, gündə üç dəfə araq içirik. Görünür, elə bizimömrümüzə də bir şey qalmayıb. Yeyib-içmək on beş dəqiqə davam eləyir. Elə buvaxt eşidirlər ki, qonşuluqda başqa bir adam da – pəhriz saxlayan, araq içməyən,hər şeyə vasvasılıqla yanaşan, ildə bir dəfə müayinədən keçən və sanatoriyadadincələn dünyasını dəyişib. Bir də diqqətlə qonşu tərəfə baxırlar, bir qədərsusurlar. Deyirlər ki, bu rəhmətlik yeyib-içən deyildi, bəs o niyə öldü? Əlindəbadə tutan dostlardan biri dillənir:

- Heç kəsAllahın işinə qarışa bilməz. Gördünüz, yeyib-içən adamla yeyib-içməyənin rəhmətəgetməsi arasında 15 dəqiqə fərq var. Bu 15 dəqiqəyə görə, heç vaxt yeyib içməyiatan deyilik.

Əlindəbadəni tutan digər dost deyir:

- Əşi,yeyib-içməyinizdə olun! Bir ürək həkimi var, o gün yanına getmişdim. Mənimüayinə elədi, dedi ki, az iç! Soruşdum ki, həkim, sən özün heç yeyib-içəndeyilsən, amma ürəyindən əməliyyat olunmusan. Mən yetmişi haqlamışam hələ indimənə deyirsən ki, az içim. Məni öldürsələr də bu arağı atan deyiləm. 15 dəqiqəartıq yaşamaq mənə lazım deyil. Yeyib-içmişəm, indən sonra da yeyib-içəcəm!..

Dostlar "bəsdi”deyincə araqdan vurub soyuq qarpızdan yeyirlər və deyirlər ki, cənnət də budünyadadı, cəhənnəm də, harda qırılar, qırılar...

Seyran Səxavətingözəl bir sözü var: "Biz özümüzü o qədər çox qoruyuruq ki, Allahın yadındançıxırıq. Yəni Allah bizi qorumur, özümüz-özümüzü qoruyuruq”. Allah insanıqoruyandan sonra istəyir yeyib-içən olsun, istəyir pəhriz saxlayan. Ona heçvaxt xətər toxunmaz. Amma elə məqamlar var ki, bizim kənddəki Sərxoş kimi üç-dördlitr araq içəndən sonra heç onda Allah da adama kömək eləyə bilmir. Allah digərcanlılardan fərqli olaraq insanlara ağıl verib. Və bu ağıl da hər bir insanda var. Ağlı başdan çıxaran həm dəaraqdı. Elə ki, arağı içirsən, səddi aşırsan, bax onda bu araq səni götürübaparır hoppalara. Ürəyi möhkəm olanlar tab gətirir, ürəyi zəif olanlar isə eləarağın içində itib batırlar.

Türkiyədəbir məşhur professor mənə dedi ki, şərab içirsən, yoxsa içmirsən? Axı sənin ürəyindəstend var. Mən də dedim ki, ömrü boyu nə "vodka” içmişəm, nə çaxır içmişəm, nədə siqaret çəkmişəm. Professor sifətini turşudub "çox pis” – dedi. Hər şeyin özyeri var. Hətta açıq ürək əməliyyatı aparılmış insanlar belə ayda 200-300 qramşərab içə bilər. Çünki bu şərabı içəndə ürək damarları açılır, qan ürəyə vəbeyinə rahat axır. Ancaq gərək hər şeyi normaya uyğun eləyəsən. Bakıdan bir xəstəmvar idi, əməliyyatdan iki il sonra İstanbula yanıma gəldi. Mən ona demişəm ki,hər dəfə 100 qramdan artıq şərab, araq içmə. O isə yeyib-içəndə yarım litr araqiçirmiş, hələ üstəlik də gündə iki qutu siqaret çəkirmiş. Təzədən stend qoyubyola saldım. Dedim ki, heç vaxt bizim dediklərimizi pozma, pəhrizinə və yeməyinəfikir ver. Üçüncü dəfə də belə olsa, şəkərin də var, səni heç dünyanın ən məşhur kardio-cərrahı daxilas eləyə bilməyəcək.

... Nəgözəl fikir! Amma bu məsləhətləri biz çox vaxt qulaqardına vurur, bəsdi deyincəyeyib-içirik. Türk həkimlərinin təbirincə desək, heç bir yemək insan üçünziyanlı deyil. Amma hər şey normaya uyğun olanda yeyib-içdiyin də canına yatır.Böyük Nizami çox gözəl deyib:

Bir incisaflığı varsa da suda,

Artıqiçiləndə dərd verir o da...

Deməli,hər bir artıq şey: artıq yemək, artıq içmək, hətta bulaq suyu olsa belə, insanüçün bir dərdə çevrilir. Bu dərdi yaşamamaq üçün biz həddindən çox yeyib-içməkdən,eyş-işrətdən uzaq olmalıyıq...


TƏQVİM / ARXİV