CAN AY MÜBARİZ ƏHMƏDOĞLU, ƏJDAHASAN, QARDAŞ
Dünən televizyonda Mübariz Əhmədoğlunun mətbuat konfransını göstərirdilər. Çoxdandı görsənmirdi, Paşinyanı yaş yuyub quru sərdi, soxdu stolun altına çıxarmadı. Ləzzət elədi.
70-ci illərdə Kukla Teatrının yanındakı «Sahil» çayxanasına bir hərbçi polkovnik gəlirdi. İstefada olmasına baxmayaraq, formada gəzərdi. Və çox mənasız da söhbətlər edərdi – müharibədən, Hitlerdən. Həddən də artıq savadsız idi.
Bir dəfə çayçı həmin polkovnikə dedi:
- Sən hər cümə axşamı Hitlerə Quran oxudursanmı?
Bizlər də, polkovnik də çaşdıq.
Polkovnik:
- Nədən ötrü?
- Müharibə olmasaydı polkovnik olmazdın, hansısa dağda qoyun otarırdın.
İndi Paşinyan Qarabağda o məlum bəyanatı verməsəydi, Mübariz Əhmədoğlunu görməyəcəkdik.
Mejduproçim, həmin gün cümə axşamıydı.
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23