adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Avqust 2019 14:29
23106
DÜNYA
A- A+

FETÖ QIRĞIZISTANDA QAN ELƏYİR

Türk dövlətləri FETÖ ilə mübarizəyə başladı, FETÖ-çuları hakimiyyətdən uzaqlaşdırdı (başda Azərbaycan olmaqla), məktəblərini bağladı. Amma Qırğızıstan bu addımı atmadı.

Və FETÖ Qırğızıstandakı dayaqlarını itirmədi. Bu gün Qırğızıstan yenə qarışıb, bir inqilab dalğasındadı. Sabiq prezident Atambayevi həbs etmək üçün xüsusi təyinatlılar evinə hücum edib, bir ölü, əlli yaralı. Atambayevin də, ən uzağı Azərbaycandakı hansısa kolxoz sədrinin evinə oxşayan, evi yandırılıb. Atambayev də götürülərək harasa aparılıb. Qarşıdurma davam edir.

O vaxt Qazaxıstanın prezidenti Nazarbayev Atambayevə demişdi ki, ağlın olsun, hakimiyyəti vermə, o da cavabında bildirmişdi ki, biz demokratik ölkəyik, xalq kimi istəyər seçər. Öz əli ilə hakimiyyəti indiki prezidentə vermişdi və öpüşüb ayrılmışdılar.

Atambayev Türkiyəni eşitməmişdi və yuxarıda qeyd etdiyim kimi, FETÖ-nun dayaqlarına və məktəblərinə toxunmamışdı.

Di get.

Görən, Şərq ölkələrində nə vaxt hakimiyyətə gələnl prezident hakimiyyətdən gedən prezidenti və onun adamlarını minməyəcək?!