adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Avqust 2019 14:28
38896
DÜNYA
A- A+

KAŞ ƏRDOĞAN …

Qardaş dövlətin cümhurbaşkanı sayın Ərdoğan mənim gözümdə güclü bir liderdi. Onunla az da olsa görüşümüz və söhbətimiz olub. Və bu gün Türkiyədə sayın Ərdoğanı əvəz edə biləcək kimsəni görə bilmirəm. Qətiyyəti, cəsarəti, xalqın dilini bilməyi və sair və ilaxır.

Bir sözlə, bütün güc dövlətlərinə qafa tutmağı bacarır. İnşallah, Türkiyəni ABŞ-ın və Avropa dövlətlərinin saldığı tələdən də qurtaracaq.

Türkiyədə hansı universiteti bitirdiyini dəqiq bilməsəm də, and içirəm Daşaltı çayına və deyirəm, kaş ki ən azı Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universiteti deyəndə elə bilirəm kiçilir) tarix və heç olmasa hüquq fakültəsini bitirmiş olaydı.

Onda Türkiyə bu gün daha güclü və qüdrətli olardı.