adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Avqust 2019 09:52
31081
GÜNDƏM
A- A+

ERMƏNİLƏRDƏN XOŞ BİR TƏXRİBAT

Qədir Rüstəmovla İldırım Həsənov Ağdamda toydadılar. Təbii ki, toyun favoriti Qədir Rüstəmovdu.

Toyun şirin yerində Qədir İldırım bəyə deyir:

- İldırım, sən başla, o zil yerinə gələndə mən gedərəm.

İldırım Həsənov da it oynadanın biri , özü də ustad sənətkar, Qədir də cavan, özündənrazı. Deməli, İldırım bəy Qədirə ayaq verməlidi.

İldırım Həsəenov deyir:

- Qədir, o gün arvad dedi ki, yayın cırhacırıdı, bir xaladelnik alaq. Sən öl, pulum da vardı . Getdim Ağdam bazarına, bir ZİL-130 aldım (indikilər bilməz, ZİL-130 o vaxtın ən məşhur soyuducusu idi). Gəldik evə, bunun içinə nə qoyaq? Nə qədər tuman-köynəyim vardı yığdım içinə. İndi toya gələndə bir cütünü geyinmişəm. Elə ləzzət edir ki, elə bil İsa bulağındayam.

Qədir acıq edir və toyu tərk edir.

İndi ermənilər Qarabağı o qədər sürətlə təmir edirlər ki, yağışı, sərin havanı qovub göndəriblər Bakıya. Səhər-səhər gözümü yumdum və elə hiss elədim ki, İsa bulağındayam.