adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Avqust 2019 12:28
14752
MƏMLƏKƏT
A- A+

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.

Mərkəzdən verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 9 avqust saat 16:00-dək davam edəcək.

8 avqust saat 09:25-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 241, BB vəzifə qrupu üzrə 787 nəfər olmaqla, ümumilikdə 1028 nəfər qeydiyyatdan keçib.