viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Tofiq MƏLİKLİ: TARİXİ YADDAŞ VƏ TARİXİ HƏQİQƏT Adalet.az | Tofiq MƏLİKLİ: TARİXİ YADDAŞ VƏ TARİXİ HƏQİQƏT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Tofiq MƏLİKLİ: TARİXİ YADDAŞ VƏ TARİXİ HƏQİQƏT

4696    |   2019-08-09 09:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə Qarabağ baş verənləri izlədiyim zaman 2002-ci ildə yazdığım, yazıqlar olsun ki,17 il ərzində aktuallığını itirməyən bir yazım yadıma düşdü, oxudum və olduqca üzüldüm. Səbəbini oxuduqdan sonra öyrənəcəksiniz.


TARİXİ YADDAŞ VƏ TARİXİ HƏQİQƏT

Düzünü deyin, hansımız uşaq-keçmişimizi qırağa qoyaq, yaxın keçmişimizdən, 1905, 1915, 1918-1920, 19481952-ci illərdə başımıza gətirilənlərdən, gələnlərdən xəbərdarıq. Başqa sözlə, tariximizi bilirikmi, ondan dərs alırıqmı? Doğrudur, XX əsr tariximiz uzun müddət susuldu, haqqında nə yazıldı, nə də danışıldı. 26 Bakı komissarlarının "qəhrəmanlıqlarından” başqa. O acılı illərdə çəkdiyimiz min bir müsibət – Bakıda, Şamaxıda, Gəncədə Azərbaycan türklərinin qətli, etnik təmizləmələr, dədə-baba yurdundan qovulmalar unutdurulmağa çalışıldı və böyük ölçüdə də buna nail olundu. Tarixi yaddaşımız zəiflədi və bunun nəticəsində düşməni dost, dostu düşmən bildik. Məni yanlış anlamayın, mən heç kimi ədavətə, düşmənçiliyə çağırmıram. Mən yalnız bir şeyə çağırıram – gəlin tariximizi, mədəniyyət tariximizi öyrənək və ondan dərs alaq. Millət olaraq tarixi yaddaşımızı möhkəmlədək, çalışaq ki, bir səhvi min dəfə təkrarlamayaq. Əgər biz, XIX əsrin sonlarından başlayaraq ermənilərin partiyalar, komitələr quraraq, qonşu torpaqlarını ələ keçirmək üçün planlar qurduqlarını və bu planların həyata keçməsi üçün pul toplamaqdan terrora qədər hər şeyə əl atdıqlarını unutmasaydıq, Qarabağ hadisələrinin qarşısı vaxtında alınardı. Ancaq biz nə etdik? Sadəlöhvlüklə "mərkəzdən” dörd əllə yapışdıq, ədalətinə inandıq, "bizə haqsızlıq etməz” dedik, bir sözlə, "kraldan çox kralçı” olduq. Bunun nəticəsində də parça-parça torpaqlarımızı qonşularımıza verdilər, daha doğrusu, özümüz verdik. Düşmən silahlanarkən, biz Qorbaçovun fərmanını qul itaətiylə, canla-başla yerinə yetirdik, məktəblərdən belə tədris silahlarını toplatdıq, xalqın əlini boş qoyduq. 1920-ci ilin aprel ayında 122 min kvadrat kilometr olan Azərbaycan ərazisi XX əsrin axırında 86 min kvadrat kilometrə düşdü, yəni, torpaqlarımızın üçdə birini qonşumuza verdik. Əvvəlcə Zəngəzur, Sisyanı Sovet Ermənistanına bağışladıq, daha sonra da sərhəd boyunca torpaqlarımız parça-parça əlimizdən alındı. Tarixi yaddaşımız qüvvətli olsaydı, ermənilərin daimi torpaq iddialarında olduğunu bilərdik. Görün Zoriy Balayan bu haqda nə deyir: "Bizdə məsafələr nə qədər azdır. Biz dar torpaqda yaşayırıq... Dünyada bizim kimi dar və az torpaq üzərində yaşayan başqa millət yoxdur”. Torpaqları genişləndirmək üçün nə lazımdır? Həm qonşu torpaqlarını ələ keçirmək, həm də etnik təmizləmə siyasətini davamlı olaraq uyqulamaq lazımdır. Boynumuza alaq ki, onlar qarşılarına qoyduqları məqsədlərinə böyük ölçüdə nail oldular. Azərbaycan Kommunist Partiyası (Bolşevik) Mərkəzi Komitəsi Siyasi Bürosunun 30 noyabr 1920-ci ildə aldığı qərarla, Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə Zəngəzuru qonşularımıza hədiyyə etdik. Siz deyin, torpağı peşkəş çəkən başqa ölkə varmı? Bu peşkəş siyasətində özümüz Naxçıvanı Azərbaycandan ayıraraq anklav halına gətirdik. Azərbaycan türklərinin Ermənistandan qovulması, etnik təmizləmə siyasəti də uğurla həyata keçirildi. 1918-1920, 1948-1952-ci illərdə başlayan etnik təmizləmə siyasəti

1988-ci ilin dekabrdaın akademik Ambarsumyanın irəli atdığı "Türklərsiz Ermənistan” şüarı altında Azərbaycan türklərinin hamısı qovuldu, etnik təmizləmə planı həyata keçirildi və Ermənistan 98 faizi etnik ermənilərin yaşadığı monomillətli dövlətə çevrildi. Bu planları həyata keçirmək üçün qonşularımız əl altında silahlandı, silahlandırıldı və bu gün də silahlandırılmaqdadır. Bunun nəticəsində torpaqlarımızın beşdə biri zəbt edildi, bir milyona yaxın soydaşımız on ildən çoxdur ki, istidə-soyuqda çadırlarda, insan oğluna layiq olmayan şəraitdə yaşayır. Yaşayır və gözləyir. Gözləyir ki, günün birində Avropadan, Şimaldan, Qərbdən biriləri gəlib, ermənilərin qulağını çəkəcək, o da tez-tələsik zəbt etdiyi torpaqlarımızı boşaldacaq, qaçqınlarımız da öz dədə-baba yurdlarına qayıdacaq, Qarabağ təkrar Azərbaycanın ayrılmaz bir parçası olacaqdır. Tarixi yaddaşımız qüvvətli olsaydı bilərdik ki, 40 min kvadrat kilometrlik torpağımızı necə itirdiksə, oturub gözləsək, haqqımızı qorumağı öyrənməsək Qarabağ əldən gedəcək. Əlbəttə, danışıqlar aparmaq, münaqişəni sülh yolu ilə həll etməyə çalışmaq lazrmdır. Ancaq bu danışıqlar on ilə yaxındır davam edirsə və heç bir nəticə vermirsə beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının qərarları heçə sayılırsa, demək, məsələlər hər zaman danışıq masasında həll olunmur. Demək ki, vətəni, torpağı təcavüzkardan təmizləmək üçün qüvvətə də baş vurmaq lazımdır. Biz bu tarixi həqiqəti də dərk etməliyik. Tarixi yaddaşımızın zəifliyi ucbatından başımıza gətirilən bəlaları unutduğumuza görə Azərbaycan həqiqətini dünyaya çatdıra bilmirik. Bunun nəticəsində, qəribə də olsa, təcavüzə məruz qalan ölkəmiz dünya ictimaiyyətinə yanlış tanıdılır.

Bu yaxınlarda Bakıya "Ermənistan – Böyük hiylə; terrorçu "xristian” dövlətinin sirləri” adlı kitabın müəllifı, amerikalı alim Samuel Vims gəlmişdi. Azərbaycanda olduğu qısa müddət ərzində o, yazıçılar, jurnalistlər, oxucular, dövlət xadimlərilə görüşmüş, bir neçə mətbuat konfransı vermişdir. Bu görüşlər, çıxışlar zamanı Samuel Vims bizləri uzun illərdir narahat edən məsələlər haqqında olduqca maraqlı fıkirlər söyləmişdir. Samuel Vimsə görə, Azərbaycan dünya ictimaiyyətinə öz həqiqətini çatdıra bilmir. Bunun nəticəsidir ki, təcavüzə uğramış, torpaqlarının beşdə birini itirmiş, 1 milyon insanı evindən-eşiyindən qovulmuş olan ölkə, nəinki Avropada, Amerikada dəstək görmür, hətta tam tərsinə cəzalandırılır. Amerika Konqresinin "Ermənistanı iqtisadi blokadaya aldığı” bəhanəsilə Azərbaycana qadağanlar gətirən 907 nömrəli qərarını, əlbəttə, xatırlayırsınız. Samuel Vims görün nə deyir: "Ermənilər gördükləri pis əməlləri başqalarının üzərinə yıxmaqda mahirdirlər”. Amerikalı alimin fikrincə, Azərbaycan Ermənistanla informasiya mübarizəsinə lazımi qədər vəsait ayırmır. "Ermənistan isə nəhəng borclar içində olmasına baxmayaraq keçən il (yəni 2001-ci ildə) ABŞ-dakı erməni assambleyasına 8 milyon dollar ayırıb”, deyir Samuel Vims və əlavə edir: "Ermənilərin yalançı təbliğatları sayəsində Avropa dövlətləri bu ölkəyə ötən il ərzində 350 milyon ABŞ dollarından çox vəsait ayırıblar”. Buna Amerikanın Ermənistana hər il ayırdığı vəsaiti də əlavə edin. Qəribə də olsa təcavüzkar qonşumuz təbliğat sayəsində həm dünya ictimaiyyətini aldadır, həm də böyük miqdarda maddi dəstək alır. Deməli, biz Azərbaycan həqiqətini, tarixi həqiqəti dünyaya çatdırmağa çalışmalıyıq. Bu işdə müxtəlif ölkələrdəki diasporumuzun da üzərinə böyük vəzifələr düşür. Bu məsələdə qonşularımızdan öyrənəcəyimiz çox şey var. Bu problemə də toxunan Samuel Vims görün nə deyir: "Ermənilər Amerikanın ictimai-siyasi həyatında geniş iştirak etmək, seçki kompaniyalarına fəal qoşulmaq və Ermənistanın mənafeyini qorumaq üçün milyonlarla dollar xərclədikləri halda, ABŞ- da yaşayan azərbaycanlılar çox passivdirlər”. Təəssüflər olsun ki, biz təkcə ABŞ-da deyil, Avropada da, Rusiyada da passivik. Bunun da əsas səbəblərindən biri maddi imkansızlıq göstərilir. Həqiqətən, bizim diaspora maddi baxımdan bəlkə zəifdir. Ancaq o biri tərəfdən yalnız Rusiyada, Moskvada fəaliyyət göstərən cəmiyyətlərimiz "Prezident Otellərdə”, "Sütunlu Zallarda”, şəhərin müxtəlif konsert salonlarında on minlərlə dolları havaya səpələyir, gözləri qamaşdırmağa çalışırlar. İş bir kitabı, broşuru çap etdirməyə, jurnalistlərə maddi yardıma, bir televiziya verilişi təşkil etdirməyə gələndə, heç bir cəmiyyətdə para-pul tapılmır.
Azərbaycan tarixini öyrənmək, tarixi yaddaşımızı qüvvətləndirmək, həqiqəti dünyaya çatdıra bilmək, həyata dar pəncərədən baxmamaq, milli mənafeyimizi hər şeyin üstündə tutmağı öyrənmək, bir səhfı dəfələrcə təkrarlamamaq üçün imkanlarımızı birləşdirməliyik, qüvvətli olmalıyıq.

"Azərros” qəzeti. № 11, 2002 (Moskva).



İmza:

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

"Relax" istirahət mərkəzindəki hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA

Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır

Şəkil çəkdirmək - Pərvanə Bayramqızı yazır

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

Sərhəd mühafizəsi - dövlətin varlığı...

Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

SON XƏBƏRLƏR
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (100%)
“Linfild” (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK