adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Avqust 2019 11:39
7409
HADİSƏ
A- A+

Nabranda batan uşağın meyiti Rusiyada tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 avqust 2019-cu il tarixində Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.