adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Avqust 2019 09:34
5368
HADİSƏ
A- A+

Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.

DSX-dən Adalet.az-a verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.