adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Avqust 2019 17:58
9279
GÜNDƏM
A- A+

Baş prokurorun müavininin Şəmkirdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun Şəmkir və Tərtər rayon sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, qəbul avqustun 16-da saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında keçiriləcək.