adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Avqust 2019 17:23
19460
MARAQLI
A- A+

Dünyada ən böyük tutuquşunun qalıqları tapıldı - Boyu 1 metr

Yeni Zelandiyada dünyanın ən böyük tutuquşusunun qalıqları aşkar edilib.

Qalıqlar bir qrup arxeoloq tərəfindən aparılan qazıntılar zamanı tapılıb.

Məlumata görə, həmin tutuquşunun boyu 1 metr, çəkisi isə 10 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun 20 milyon il öncə yaşadığını qeyd edirlər.

Onlar həmin tutuquşunu şərti olaraq Herakl adlandırıblar.(trend)