adalet.az header logo
  • Bakı 11°C
07 Avqust 2019 16:58
17653
KRİMİNAL
A- A+

Masallıda avtomobildən 10 min manatlıq qızıl və gümüş oğurlandı

Masallı rayonu ərazisindəki bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Səmədov Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki bir avtomobildən ümumvətəndaşlıq pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov Bakı şəhərində saxlanılıb.