hacklink Adalet.az | “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzindən növbəti yenilik Adalet.az | “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzindən növbəti yenilik Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzindən növbəti yenilik

5414    |   2019-08-07 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq "Loqos”un Xalqlar filialı tərkibində "Günərzi Qayğı Mərkəzi” fəaliyyətə başlayır.Mərkəzin yaradılmasında əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və onların cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

"Günərzi Qayğı Mərkəzi” fəaliyyəti zamanı, dərslər gündə 4 saat olmaqla 2 növbəli sistem əsasında həftədə 3 gün keçiriləcək. Qrup halında xüsusi proqram əsasında keçirilən oyun terapiyası, qrup terapiyası,musiqi terapiyası və müalicəvi idmanla yanaşı uşaqlara fərdi olaraq psixoloq(45 dəqiqə), psixopedaqoq(45 dəqiqə), loqoped (30 dəqiqə) məşğələləridə keçiriləcək. Uşaqlar yaş, xüsusi test nəticəsində əldə edilən səviyyələrə və xüsusi patalogiyalara (yüngül əqligerilik, autizm əlamətləri, spektral pozuntular, nitq ləngiməsi və nitq geriliyi) əsasən qruplara bölünəcəklər. Hər bir qrupda 1-i qrup rəhbəri psixoloq olmaqla 4 mütəxəssis fəaliyyət göstərəcək.

Məlumat üçün bildiririk ki, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır.

İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zamanda gərəkli olduğunu təsdiqləmiş, intellektual-maarifçi fəaliyyəti ilə əhali arasında tanınmışdır. Hazırda Mərkəz respublika ərazisində psixoloji, psixopedaqoji, loqopedik sahələrdə yüksək səviyyəli kompleks iş aparır.

"Loqos”un Bakı şəhərində 5, regionlar üzrə Gəncə, Lənkəran, Xaçmaz və Bərdədə filialları xidmət göstərir.

Eyni zamanda bizim təsisçiliyimizlə 2016-cı ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) yaradılmışdır. İndiyə qədər "Loqos” və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi müştərək qaydada bir sıra yerli və beynəlxalq layihələr həyata keçirmişlər.

Əziz valideynlər, "Loqos” PNİM hər zaman sizin xidmətinizdir. Nəzərə alın ki,qayğılarınızı azaldacaq "Günərzi qayğı mərkəzi” sizin qarşınızda geniş imkanlar açır.




İmza:

Zəlzələdən ziyan çəkən sakinlərə tikilən evlərin sayı açıqlandı

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

SON XƏBƏRLƏR
2019-12-09
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK