hacklink Adalet.az | Paytaxtda mağazadan 73 ədəd telefon oğurlanıb Adalet.az | Paytaxtda mağazadan 73 ədəd telefon oğurlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Paytaxtda mağazadan 73 ədəd telefon oğurlanıb

10037    |   2019-08-07 16:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən mağaza sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını oradan 2146 manat pul və dəyəri 22887 manat olan 73 ədəd müxtəlif modelli mobil telefonun oğurlandığını bildirib.

Məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. İdarə və şöbə əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Onun oğurladığı telefonlar yaşadığı evdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 22-ci polis şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. İ.Delili barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.




İmza:

İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Astarada dəhşətli QƏTL: Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Gəncədə 31 ədəd aviabomba tapılıb

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Bakıda kürəkən qaynını bıçaqladı

SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14


VİDEO