viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil ABBAS: EŞŞŞƏKLƏRİ NECƏ BAŞA SALMALI? Adalet.az | Aqil ABBAS: EŞŞŞƏKLƏRİ NECƏ BAŞA SALMALI? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: EŞŞŞƏKLƏRİ NECƏ BAŞA SALMALI?

19647    |   2019-08-09 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yaxınlarda konfransların birində iqtisadiyyat naziri Şahin Mustafayevin önündəki Azərbaycan bayrağı tərs qoyulmuşdu. Mətbuat böyük səs-küy qaldırdı. Bu günlərdə də Türkiyənin Ordu şəhərində keçirilən bir konfransda da kənd təsərrüfatı naziri İnam Kərimovun önündəki bayraq tərs qoyulub, amma nazir bunu tutub və bayrağı düzəldib. Sağ olsun.

Bayrağımızın tərs qoyulmasında təbii ki, bizim iştirakçıların heç bir günahı yoxdu. Bu, o təşkilatçıların günahıdı. Özü də bilməməzlikdən deyil, bilərəkdən edirlər. Özü də bu əsasən, İran və Türkiyədə olur.

Bayrağımızda birinci yerdə millət durur, üçüncü yerdə din. Çünki millət dindən on min, iyirmi min əvvəl, nə bilim nə qədər əvvəl var olub, din isə 1400 ildi. Yəni millət dindən öndədi. İran və Türkiyədə isə dini millətdən önə keçiriblər. Türkiyədə bu, son zamanlar özünü daha kəskin göstərir. Ona görə bayrağımızı çox zaman tərs asırlar.

Boluya Koroğlu festivalına getmişdim. Daha doğrusu , dəvət olunmuşdum, professor Seyfəddin Altaylı ilə bir yerdə.

Belə bir məlumat aldıq ki, bəs şəhərdə Xocalı parkı açırlar. Bu hörmətli Qənirə Paşayevanın təşəbbüsü ilə baş tutub. Ümumiyyətlə, Qənirə xanımın Türkiyədə Azərbaycanımızla bağlı, Qarabağla bağlı, Xocalı ilə bağlı gördüyü işlər möhtəşəmdi. Az qala Türkiyədə elə bir şəhər yoxdur ki, orda Qənirə xanımın təşəbbüsü ilə ya Qarabağ, ya Xocalı adında bir park, bağ və ya xiyaban açılmasın. Buna görə türk qardaşlarımıza da təşəkkür edirik.


Nə isə, Seyfəddin abi ilə getdik parkın açılışına. İnsafən çox səliqəli idi və şəhərin gözəgəlimli yerindəydi. Azərbaycanın və Türkiyənin bayraqları asılmışdı, bayrağımızı da tərs asmışdılar. Şəhərin bələdiyyə başçısının müavini ordaydı, yəni təşkilatçıydı. Mənimlə də tanış elədilər ki, Azərbaycanın millət vəkilidi. Pencəyimin döşündə də Azərbaycan bayrağı olan deputat nişanı vardı. Başçının müavininə dedim ki, kardeşim, bizim bayrağı tərs asmısız. Dedi, yox, düz asmışıq, belə asılmalıdı. Səbrlə buna izah etməyə çalışıram ki, düz asmamısız və sinəmdəki bayrağı göstərirəm, baxın da, görün bayrağımız hansı formadadı.

Bu eşək oğlu eşək nırx dirənib üzümə ki, yox, bayraq belə asılmalıdı. Axırda təbii ki, Aqil Abbaslığım tutdu, dedim:

- Eşşşək oğlu eşşşək, sənə deyirəm mən Azərbaycanın millət vəkiliyəm, bizim də bayrağımızın forması sinəmdə gördüyün nişan kimidi.

Yanımızdakılar da tutuldu, mərifəti çatdı cavab qaytarmadı. Seyfəddin abi də işə qarışdıqdan sonra gedib bayrağı düz asdırdı. Açılış zamanı bələdiyyə başçısı ilə yan-yana oturmuşdum. Dedi ki, Aqil bəy, haqlısız, amma gərək həqarət etməyəydiniz.

Mən də dedim ki, sayın başkan, bəzən adamları belə başa salmaq lazımdı.

İndi hansısa bir konfransda, ya tədbirdə bayrağımızı tərs asanlara gərək elə o cür başa salasan.

Ən azı o bayraq uğrunda canını qurban vermiş iyirmi min şəhidin xatirinə.

P.S. Bayraq məsələsinə yenə qayıdacağıq.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK