adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Avqust 2019 09:09
17207
GÜNDƏM
A- A+

ƏSAS MƏSƏLƏ QARABAĞ DEYİL EY, ŞAH İSMAYILDI

Ağdamda döyüşlər gedir, uşaqlar Şelli dağının üstündə ermənilərin qabağını kəsiblər, qan su yerinə axır. Ağdamın say-seçmə oğullarından Şahin Əliyev də (Xallı Şahin) döyüşdədi. Bu vaxt bir uşaq təngənəfəs halda gəlib çıxır səngərə.

- Şahin əmi, aşağıda beş-altı adam səni gözləyir, deyirlər təcili düşsün aşağı.

Şahin də deyir yəqin köməyə-zada gəliblər, yenir aşağı. Görür beş-altı dostu-tanışı durub. Soruşur ki, xeyirdimi? Deyirlər ki, Əliyev, Ağcabədiyə balığa gedirik, bizə üç-dörd dənə qumbara ver.

Başını bulayıb deyir:

- Ən vacib məsələ balıqdı. Erməni qaçmır ha, haqq-hesabımızı çəkəcəyik.

İndi Qarabağ qaçmır ha, durub orda, əsas məsələ Şah İsmayıldı. Bu Şah İsmayılın axırına çıxaq, onu Vətən xaini, xalq düşməni, alkoqolik, eləcə də din düşməni edək , sonra Qarabağ durur, biz dururuq!

Şahmar Əkbərzadə belə yerdə deyirdi:

UTANIM YERİNƏ, AY UTANMAYAN!