adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Avqust 2019 09:04
31439
İDMAN
A- A+

BƏLKƏ QURBAN QURBANOVU ELMAR MƏMMƏDYAROVUN YERİNƏ QOYAQ?!

Hörmətli Elmar Məmmədyarovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyimizin Ermənistana hər gün Qarabağı (Dağlıq Qarabağı yox ey, Qarabağı) bir az da özünə bağlaması ilə bağlı verdiyi etiraz bəyanatları nə Ermənistanın, nə həmsədr ölkələrin, nə də Avropanın tükünü də ürpətmir. Bu bəyanatları Ermənistanın və həmsədr ölkələrin oxuyub-oxumadığını deyə bilmərəm, amma artıq biz özümüz də oxumuruq. Eyni bəyanatlara bir-iki söz artırırlar, vəssalam.

Amma Qurban Qurbanovun rəhbərlik etdiyi «Qarabağ» komandası bəyanat vermir, qol vurur və bizim xarici ölkələrdəki səfirlərimizin çoxundan daha böyük iş görür.

Deyirəm, elə bəlkə Qurban Qurbanovu Elmar Məmmədyarovun yerinə qoyaq?! Bəyanat əvəzinə qol vursun!