viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Tanımadığımız sularda çimişmək... - Ulucay AKİF yazır Adalet.az | Tanımadığımız sularda çimişmək... - Ulucay AKİF yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Tanımadığımız sularda çimişmək... - Ulucay AKİF yazır

3169    |   2019-08-07 13:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanoğlu nə edirsə etsin, axır-əvvəl ölməyə məhkumdur. Artıq insanlar arasında "alimlər ölümə çarə tapacaq”, "insanlar ölümsüz olacaq” kimi utopik fikirlər dolaşmır.

Məsələn, keçmiş zamanlarda insanlar dəvə belində, at belində uzun səfərlərə çıxıb xəstələnərək ölürdüsə, indi maşın adlandırdığımız "dəmir qutu”ların içində əzilərək ölür. Yəni heç bir inkişaf ölümü yox etmək iqtidarında deyil, ola da bilməz. Hətta, məncə, at belində ölmək daha gözəl idi.

Buna baxmayaraq insan özünü heç olmasa bəxtsiz şəkildə ölməkdən qorumalıdır. Bəxtsiz şəkildə ölümlərdən biri, bəlkə elə ən birincisi də boğulmaqdır.


Dünya Statistika Komitəsinin araşdırmalarına görə dünyada hər saat 40 nəfər boğularaq ölür. Bu hər gün 960, hər ay 28 min 800, hər il isə 345 min 600 adamın ölümü deməkdir. Afrika ölkələrində boğulmaların hesablamasının aparılmadığını da nəzərə alsaq, bu rəqəm daha da artır. Hər il təxminən yarım milyon insan boğularaq ölür!

Digər araşdırmalar isə göstərir ki, boğulma hadisələri daha çox kasb ölkələrdə baş verir. Dərd və problem içində boğulmaqdan danışmıram! Statistika bu hesablamanı aparacaq gücdə deyil.

Boğulmaların sayına görə tərtib olunmuş siyahıya "liderlik” edən ölkə Banqladeşdir. Vyetnam, Tayland, Hindistan, Çin, Kambocca bu siyahıda ilk yerləri tuturlar.

2018-ci ildə Azərbaycanda 60-a yaxın adam boğularaq ölüb. Bu il də ölənlərin sayı ən az bu göstəricinin təkrarlanacağını göstərir.


Boğulmanın ən böyük səbəbi EHTİYYATSIZLIQdır! Fövqəladə Hallar Nazirliyinin xəbərdarlıqları nəzərə alınmır. İnsanlar yenə də qadağan olunmuş yerlərdə dənizə girir, təhlükəsizlik xətlərini nəzərə almır, içkili halda dənizə girir və s. Bunlar çox ciddi məsələlərdir. Hələ-hələ üzməyi bilməyən adamlar üçün.

Sizə deyim ki, ümumi götürdükdə biz üzməyi bacarmırıq. Biz ən yaxşı halda problem içində üzməyi bacaran millətik. Dənizdə isə ən yaxşı halda çimə bilirik, çimişirik.

Keçən yay Antalyanın turistik kəndi olan Kəmərdə işləyirdim. Bura gələn turistlərin 95 faizi ruslar, ukraynalılar, belaruslar olur. Onların necə peşəkar üzdüyünü gördüm. 7 yaşlı uşaqdan tutmuş, 77 yaşlı qocalara kimi hər kəs üzməyi bacarır. Onlar mütləq şəkildə uşaqlarına üzməyi öyrədirlər və demək olar hər cür üzə bilirlər. Qurbağa kimi, balıq kimi, it kimi... Biz isə hələ adam kimi üzməyi belə öyrənə bilmirik.


Biz sadəcə çimişirik, hə. Uşaq olanda valideynlərimiz bizə üzməyi öyrətmirlər. Elə sahilə yaxın hissədə, su dizimizə belə çatmayan yerdə biri-birimizin üstünə su atıb çıxırıq. Guya valideynlərimiz üzməyi bacarır? Elə onlar da uşaqların etdiyini edir, sadəcə bir az dərində.

Biz nəinki üzməyi, heç dənizdə istirahət etməyi də bacarmırıq. Bizim dənizdə istirahət anlayışımız 10 kiloluq qarpızdır. Dənizə gedəndə özümüzlə bir ordunu doyuracaq qədər yemək aparırıq, elə bil dənizlə savaşmağa gedirik.

Bütün istirahət "anlayış”larımıza mütləq şəkildə "yeyib-içmək” təfəkkürümüzü soxmalıyıq. Ay adam, o boydan yemək yeyib, üstündən araq, pivə içib dənizə girmirlər! Vallah olmaz belə!


Bir başqa statistik məlumat isə göstərir ki, boğulanlar arasında kişilər qadınlardan ikiqat üstünlük təşkil edir. Bunun səbəbi isə bilirsiniz nədir? Qadınlar kişilərdən fərqli olaraq risk etməyi sevmirlər. Onlar dəniz içkili girmirlər, çox dərinə getmirlər və ən əsası qadınlar heç vaxt tanımadıqları sularda üzmürlər!

Üzməyi öyrənin və üzdüyünüz suları tanıyın!



İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK