adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2019 12:58
16306
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: EŞİDİLMƏYƏN DƏVƏT

Ay bu dərdin sahibi,
Öldürür dərdin məni...
Göz dustağı eləyib -
Qoyduğun şərtin məni!

Nə insaf var, nə mürvət,
Tükənir canda qüvvət...
Açıq - aşkar, ya xəlvət ,
Heç nəyə verdin məni...

Baxıışının ucunda
Mənə də bax, puçurla...
Dodaqaltı pıçılda -
Söylə ki, gərdin!- məni...

Mənə balta çalan , gəl,
Məndən məni alan gəl.
Gəl, halıma qalan gəl,
Belə də gördün , məni