viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Putinlə təcili danışıqlara başlamalıyıq – Millət vəkili Adalet.az | Putinlə təcili danışıqlara başlamalıyıq – Millət vəkili Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Putinlə təcili danışıqlara başlamalıyıq – Millət vəkili

6823    |   2019-08-07 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya Qərblə qarşıdurma vəziyyətindədir. Rusiyada hakimiyyət daxilindəki Qərbə bağlı qüvvələr demokratik qüvvələrə dəstək verməklə ölkə daxilində vəziyyəti gərginləşdirmək, Putini küncə sıxıb geri çəkilməyə məcbur etmək istəyirlər.

Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev açıqlamasında deyib:

"Belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında qanlı savaşın başlaması Putini daha pis vəziyyətə sala bilərdi. Həm də Azərbaycanda hakimiyyət daxilində kriminallaşmış, daha böyük səlahiyyətlər üçün alışıb yanan güclərə dəstək olmaqla sürətli inkişafa yol açacaq islahatların dayandırılmasını təmin edərdi. Ona görə də həm Qərbdəki ermənipərəst qüvvələr, həm də onların Rusiya hakimiyyətindəki əlaltıları Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar. Onlar düşünürlər ki, bu açıqlamadan sonra Azərbaycan heç nə etməyib yenə danışıqlardan danışsa hakimiyyətin nüfuzuna xalq arasında ciddi zərbə dəyəcək. Bundan sonra isə payızda ölkədə sabitliyi pozmaq üçün ciddi zəmin yaranacaq”.

İqtidarın indiki durumda nə etməli olduğu barədə suala Qüdrət Həsənquliyev belə cavab verib:

"Həmişə dediyim kimi yenə təkrar edirəm. Biz Putinlə təcili danışıqlara başlamalıyıq. Onu inandırmalıyıq ki, Rusiyanın bölgədə mövcudluğunu qoruması üçün bu münaqişəni saxlamaq lazım deyil. Bu münaqişə Rusiya üçün də təhlükə yaradır. Biz Rusiyanın bölgədə öz mövcudluğunu saxlaması üçün onun liderliyi ilə yaradılmış regional təşkilatlara qoşula, ikitərəfli müqavilələr bağlaya bilərik. Əgər Putin ciddi qərarlar qəbul edə bilməyəcəksə, onda iqtidar xalqla açıq danışmalı, Rusiya ilə münasibətlərə yenidən baxmalı və peşəkar ordu quruculuğu istiqamətində vacib qərarlar qəbul etməlidir”.

Q.Həsənquliyev bildirib ki, ordu quruculuğuna gəlincə, ilk növbədə müdafiə naziri mülki, yüksək intellektə malik, təcrübəli və siyasi baxımdan hazırlıqlı şəxs olmalıdır:

"Ən azı 30 min nəfərlik, dağlıq ərazidə döyüşməyi bacaran peşəkar ordu birləşmələri yaradılmalıdır. Cənubi Azərbaycandan, Türkiyədən, Pakistandan, Əfqanıstandan ehtiyatda olan, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər və hərbçilər müqavilə əsasında orduya cəlb olunmalıdır. Müddətli hərbi xidmətə çağırış 6 aya endirilməlidir. Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir. Bununla yanaşı, paralel olaraq Azadlıq savaşı başlayana qədər cəbhə xəttində hər gün işğalçıları öldürməyə çalışmalıyıq. Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərəfimiz üçün ölüm-qalım savaşına hazırlamalıyıq”.(axar.az)




İmza:

“Paşinyanın son bəyanatları bizim xeyrimizədir” - Polkovnik-leytenant

Azərbaycan və Çin dəmir yolu sahəsində əməkdaşlıq edə bilər

İkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcək

Mövlud Çavuşoğlu: "Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıyıq"

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

“Boykot zəiflik əlamətidir və zəiflərin işidir” - YAP-ÇI DEPUTAT

Nazir Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyada səfərdədir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Qarabağın azərbaycanlı icması həmsədrlərə müraciət edib

Vilayət Eyvazov BQXK-nın rəsmisini qəbul edib

İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib

ƏZİZ TONOYANIN KÜRDLƏRƏ NƏ DƏXLİ VAR?

Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

Kamerun, Nigeriya və Konqonun qadın siyasətçilərinə Qarabağ həqiqətlərindən bəhs edilib

“Boykot zəiflik əlamətidir və zəiflərin işidir” - YAP-ÇI DEPUTAT

XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

Xanlar Fətiyev: "YAP hər bir seçkiyə olduğu kimi, bələdiyyə seçkilərinə də..."

Qarabağın azərbaycanlı icması həmsədrlərə müraciət edib

Nazir Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyada səfərdədir

SON XƏBƏRLƏR
2019-08-21
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK