adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Papağımızı geri alaq - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
46033 | 2019-08-07 11:37

Biri varmış, biri yoxmuş, bir papaqçı varmış. Bu papaqçı kəndbəkənd gəzərək tikdiyi papaqları satarmış. Bir gün yenə papaq satmaq üçün yollara rəvan olur. Bir neçə kəndi dolaşdıqdan sonra yorulur və bir meşənin kənarında yatıb dincəlməyə qərar verir. Yuxudaykən səs eşidir və elə bu səsə də yuxudan oyanır. Ətrafa baxır və görür ki, ağacların üstü doludur meymunla, hamısının da başında bunun satmağa apardığı papaqlar. Tez heybəsinə baxır, görür ki, bomboşdur. Qalır məəttəl ki, neyləsin. Elə fikirli-fikirli də əlini aparır başına başlayıq başını qaşımağa. Bir də görür ki, meymunlar da bunun kimi başlarını qaşıyırlar. Kişi oturur, meymunlar da otururlar. Kişi durur, meymunlar da dururlar. Papaqçı anlayır ki, bu nə etsə meymunlar bunu təqlid edirlər. Odur ki, tez başından papağını çıxardıb yerə çırpır. Meymunlar da eynən bunun etdiyini təkrar edərək papaqlarını yerə atırlar. Papaqçı tez papaqları yığır heybəsinə və ordan uzaqlaşır.

Aradan illər keçir. Papaqçının nəvəsi də dədə-baba sənətini davam etdirir, eynən onlar kimi kənbəkənd gəzərək tikdiyi papaqları satır. Bu da bir gün yorulur və bir meşənin kənarında yatır. Bir qədər sonra səsə ayılır və görür ki, meymunlar bunun heybəsini boşaldıb, papaqları başlarına qoyublar. Bu da başlayır babası kimi başını qaşımağa, görür ki, meymunlar da başlarını qaşıyırlar. Oturur, durur, meymunlar bunu təqlid edirlər. Papağı başından götürüb yerə çırpır və.... Bir də görür ki, meymunlar gülürlər, heç biri də papağını yerə atmayıb. Meymunlardan biri deyir:
- Ayə, ay adam, sənin baban sənə bizim babalarımızla olan əhvalatı danışdığı kimi bizim də babalarımız danışıb. Papaq filan gözləmə.

Müqayisə bəlkə qüsurlu olar, mənim fikrimcə hər cür müqayisə qüsurludur və lətifəsi də bizdən kənar. Ancaq bir məsələ var. Bizim babalarımız bizə heçmi danışmadılar ki, bu "yan”lar bizə hər zaman düşmən olublar? Heçmi danışmadılar ki, onlara etibar olmaz? Heçmi danışmadılar ki, onların dövləti bizim torpaqlar üstündə qurulub? Heçmi demədilər ki, onlar bir şeyi qapdılarsa güc olmadan verməzlər? Bəlkə də danışıblar, biz unutqanıq, elə "qardaş olub Hayastan Azərbaycan” oxumuşuq.

Ancaq hayların babaları onlara mütləq ki, danışıblar ki, torpağı aldınızsa məsələni bir qədər uzadın, onlar (yəni biz) torpaq filan geri alan deyillər; Vedi, Göyçə, İrəvan, Zəngibasar və.s. kimi təcrübələr var.Bəlkə onları yanıltmağın vaxtı çıxıb. Əgər papağımızı (oxu: Qarabağımızı, elə o da bizim papağımızdır) geri atmırlarsa (oxu: vermirlərsə) bu "meymun”ları papağımızı geri qaytarmağa məcbur edək, alaq papağımızı. Yoxsa papaqsız qalacağıq. Papaq bizdə namus, qeyrət rəmzi sayılmayıb? Papaq əldən getdisə, heç nə.

Vüqar Abbasov. Niderland.

[email protected]


TƏQVİM / ARXİV